Yuma

Necə yuyuruq?

Paltarları avtomat maşına atıb yumağı hər kəs bacarır, lakin onu qurudub ütüləmək böyük zəhmət tələb edir. Axı bunun üçün optimal nəmlik səviyyəsi seçilməli, sonra isə ütü taxtasına yorğanüzü keçirilərək virtuozluq möcüzəsi göstərilməlidir. “EcoClean” paltarları ideal ütülənmiş və səliqə ilə qatlanıb yığılmış hazır təravətli vəziyyətdə təqdim edir. “EcoClean”də yuma təmizləmə vasitələrini daxil edən dozatorla təchiz edilmiş xaricdən gətirilmiş avadanlıqda baş verir ki, bu da texnoloji prosesin pozulmasının insan amilini tamamilə istisna edir. Bu isə o deməkdir ki, təmizləmə vasitəsi paltara məhz konkret çirkin çıxarılması üçün lazım olan qədər töküləcək. Belə ehmallı sayəsində parça keyfiyyətini uzun müddət qoruyub saxlayacaq. “EcoClean”də olan bütün preparatlar hipoallergendirlər və qoxu saxlamırlar. Lakin, Sizin arzunuza görə yeni yuyulmuş paltara xoş ətir vermək mümkündür. Yumadan sonra paltarlar və köynəklər xüsusi hamarlayıcılarda və hava-buxar manekenlərində nəm-istilik emalına məruz qalırlar. Əziklərsiz və qatlarsız ideal ütüləmə! Və ən əsası – bunun üçün Siz gücünüzü və vaxtınızı sərf etməli olmayacaqsınız!