Quru təmizləmə

Quru təmizləmə prosesi necə aparılır?

Quru təmizləmə kimyəvi təmizləmənin ən effektiv vasitələrindən biridir. Perxloretilen ilə təmizləmə və ya “quru” təmizləmə demək olar ki, ev şəraitində çıxarılması mümkün olmayan bütün çirklərin öhdəsindən gəlir. Perxloretilenin yüksək axıcılığı onun paltar liflərinə sürətli nüfuz etməsini və çirklərin dərinliyindən asılı olmayaraq onların effektiv aparılmasını təmin edir! Təcrübəli texnoloqların nəzarəti altında parça, boya və məmulat üzərində olan işləmələr qorunub saxlanılır. Məhz buna görə yüz minlərlə Müştəri müdrik davranaraq çirki özbaşına çıxarmağa cəhd belə göstərmirlər, əksinə, sevimli əşyalarını “EcoClean”də xilas edirlər. К4 texnologiyası: К4 texnologiyası ekoloji təhlükəsiz emal üsullarına aid edilir. “Solvon” həlledicisi yumşaq yuyucu və yaş çəkici xassələrə malikdir, əşyalara yüngül təravət ətri verir. Belə emal növündən sonra məmulatlar toxunuşda xoş və yumşaq olur, rəngin parlaqlığını qoruyub saxlayır və əzilmədən əlavə müdafiə əldə edirlər. Onları geyinmək kimyəvi təmizləmədən əvvəlkindən də xoş olur!