Dəri və zamuj paltarlarının təmizlənməsi

Necə təmizləyirik?

Təbii dəri və zamş məmulatları müasir qulluq tələb edir – köhnə ləkələri təmizləmək daha çətindir. Buna görə də onların ildə ən azı bir dəfə mövsüm bitdikdə təmizlənməsi məsləhət görülür. Xüsusi və peşəkar qulluğu təkcə təbii dəri və zamşdan olan paltarlar tələb etmir. Biz həmçinin çanta və ayaqqabıların ayrıca olaraq əl ilə kimyəvi təmizləməsini nəzərdə tutmuşuq, belə təmizləmədən sonra sizin əşyalarınız möhtəşəm görünəcək. Qəbul etdiyimiz digər əşya növləri kimi təbii dəri və zamş məmulatlarının kimyəvi təmizlənməsi üçün biz Green Earth ekoloji təhlükəsiz təmizlik vasitələrindən istifadə edirik. Belə yanaşma sayəsində təmizləmə prosesi əsla əşyaların keyfiyyətinə təsir etmir, əksinə onlara hədsiz yumşaqlıq verir və rənglərini bərpa edir.