Boyama

Boyama işləri nece görülür?

Sevimli cins paltarınız rəngini itirib? Donunuzun rəngi solub? Futbolkanız gündən yanıb? Düzgün qərardan sizi bir addım ayırır – “parçanın boyanması” xidmətini sifariş edin! Tekstilin boyanması parçanın bərabər rənglənməsi, hazır məmulatların yenilənməsi və ya rənginin dəyişməsidir. Prosedura müasir avadanlıqlar və ultra-davamlı boyalar vasitəsi ilə yerinə yetirilir. Zəruri hallarda şirkət mütəxəssisləri müştərilərə bütün məsələlər üzrə konsultasiyalar verir və əşyanın “yeni effekti”ni maksimum əldə etməyə imkan verən rəngi seçməkdə köməklik edilər. “EcoClean”də boyama prosedurasından keçən istənilən əşya parlaq və tərzli olur. Daha yaxşı effekt üçün öncə əşyanızın kimyəvi təmizləməsi yerinə yetirilməlidir. Prosedura yüksək temperatur təsiri altında aparıldığı üçün materialın keyfiyyəti üzrə məhdudiyyətlər vardır. Məsələn, sintetik parçalar qaynama zamanı deformasiya olunurlar, bu, qarışıq materiallardan olan məmulatlarla da baş verə bilər.