Haqqımızda

Haqqımızda

Eco Clean – 2007-ci ildən etibarən Bakı və şəhərətrafında uğurla fəaliyyət göstərən kimyəvi təmizləmə və camaşırxana şəbəkəsidir.

Bu müddət ərzində əməkdaşlarımız hər sifarişə fərdi qaydada yanaşma təcrübəsinə yiyələniblər. Biz, ən yüksək texnoloji standartlara uyğun paltar maşınları (yüksək texnologiyalı BOWE, IPSO, Gerbau) və inqilabi təmizləmə vasitələrindən istifadə edərək əşyaları yeniləşdiririk.

Eco Clean ekoloji cəhətdən təmiz deməkdir. Sual verilə bilər, “kimya” və “ekologiya” necə bir biri ilə uyğunlaşa bilər? Məsələ burasındadır ki, biz öz işimizdə dünyanın ən müasir texnoloji təmizləmə texnologiyalarını tətbiq edir və yalnız yeni, hətta azyaşlı uşaqlar üçün zərərsiz, yeni nəsil kimyəvi preparatlardan (SEITZ; K4) istifadə edirik. Onlar Sizin geyiminiz və dəriniz üçün tam ziyansızdır. Məhz bu səbəbdən bizim şüarımız “Sağlam təmizlik”dir. Şirkətin mütəxəssisləri daima yeni texnologiyaların inkişafını izləyərək istehsalda və idarəetmədə tətbiq edirlər. Məqsədmiz – istehlakçıların peşəkar kimyəvi təmizləməyə münasiblətinin dəyişməsi, hər bir sifarişi yerinə yetirərkən isehlakçıları ən sevimli və dəyərli əşyalarını bizə etibar etməyə vadar etməkdir.

Hazırda Eco Clean 4 salon və qəbul məntəqələri şəbəkəsini özündə birləşdirir. Həmçinin bizdə çatdırılıma xidməti fəaliyyət göstərir. Siz əşyaların təmizlənməsi və yaxud yuyulmasını evdən çıxmadan telefonla və yaxud onlayn rejimdə sifariş edə bilərsiniz.

Biz həm fərdi, həm də korporativ müştərilərlə uğurla işləyirik. Xidmət keyfiyyəti və geniş imkanlar spektri uğurumuzun zəmanətidir. Mütəxəssislərimiz ümumi çirklənmə və bütün növ yemək, yağ, qırmızı çaxır, kofe, meyvə, saqqız məhsullardan çətinliklə təmizlənən ləkələrin öhdəsindən məharətlə gəlirlər.

Eco Clean – daim 100% saflıq, 100% ekoloji cəhətdən təmizlik, 100% xidmət deməkdir.

Əşyalar düşündüyünüzdən daha çox Sizə xidmət edə bilər. Buna əmin olmaq üçün bizim müştərimiz olun.

Məqsədimiz

İnsanlar evlərində ailələri ilə rahat vaxt keçirmələri üçün sərfəli qiymətlərlə ən sürətli iş rejimində xidmət göstəririk. Keyfiyyət həm güvəni artırır həm də rahatlıq hissi yaradır. Biz də bu baxımdan işimizin keyfiyyətina tam əminik!

Keyfiyyətə önəm verdiyimiz üçün bizimlə işləyən bütün əməkdaşların işində peşəkar olduğuna şübhəniz olmasın!

Biz bütün müştərilərimizə dəyər veririk! Müştərilərimizə heç bir fərq qoymadan, sizin üçün ən yaxşı xidməti göstərməyə çalışırıq!

Ən çox verilən suallar

Niyə quru təmizləmə üstünlük verilməlidir?

Quru təmizləməyə üstünlük verilməlidir çünki, geyimlərin tez-tez yuyulması parçanı zədələyir və tez bir zamanda istifadəyə yararsız hala salır. Lakin quru təmizləmə parçaları zədələmir və maksimum ömrünü artırır.

Quru təmizləmə zamanı paltarlar sıxıla və ya genişləyə bilərmi?

Quru təmizləmə zamanı təmizlik metodları və kimyəvi maddələr düzgün istifadə edilən zaman heç bir daralma və ya genişlənmə halı baş vermir

Hansı ödəmə üsülları mövcutdur?

Nəğd və ya bank kartları ilə ödəniş etmək mümkündür.

Sifarişləri çatdırlması varmı? varsa hansı müddət ərzində çatdırılır?

Bəli çatdırılma xidmətimiz var, ən gec 48 saat ərzində təhvil veririk!

Əlaqə:

(+994 12) 408 10 74;      (+994 51) 710 10 20

Ünvan:

Azərbaycan, Bakı Cavadxan küç 32/45

E-mail:

info@ecoclean.az