⦁ Mövcud vəziyyət
Məlumdur ki, gölün suyunun çirklənməsinə səbəb göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan obyektlərindən, fərdi evlərdən tullantı sularının axıdılması, eləcə də neft-mədən sularının, fekal, təsərrüfat-məişət və sənaye sularının gölə axıdılmasıdır.
Çirkab və neft sularının axıdılması ərazinin sanitar vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır.
Gölün suyunun minerallaşması normadan dəfələrlə çoxdur. Gölün oksigen rejimi tam pozulmuşdur. Suyun tərkibindəki kation və anionların, neft məhsulları və fenolların konsentrasiyaları çoxdur, kalsium, maqnezium və xloridlərin miqdarı eləcə də sintetik yuyucu maddələrin həcmi də normadan dəfələrlə artıqdır. Göldə əsas çirkləndirici maddələr kimi ağır metallardan mis, kadmium, dəmir, sink, manqan normadan üstünlük təşkil edir.
Böyükşor gölünün suyu 2004-cü ildən başlayaraq fövqəladə çirkli su sinfinə aid edilmişdir. Böyükşor gölü neft və məişət tullantıları ilə ifrat dərəcədə çirkləndirilərək quşların yaşayışı üçün yararsız hala salınmışdır. Gölün və ətrafdakı ərazinin böyük bir hissəsi uzunmüddətli texnogen çirklənmə nəticəsində sıradan çıxmış və fauna üçün tam yararsız hala düşmüşdür.
Göl suyundan götürülmüş analiz nəticələri aşağıdakı kimidir:
№ Komponentin adı Ölçü vahidi Yol Verilən Qatılıq Həddi Nəticə
⦁ Bulanıqlıq FTU(NTU) <5 140
⦁ Şəffaflıq sm >30 8
⦁ Codluq mq-ekv/l 7.0 11.86
⦁ Xlorid ionu, Cl mq/l 350 7331.8
⦁ Sulfat ionu, SO42- mq/l 500 1299.6
⦁ Ammonium ionu, NH4+ mq/l 0.5 3.25
⦁ Dəmir, Fe mkq/l 300 478
⦁ Göl suyunun təmizlənməsi üçün təklif edilən üsul
Böyükşor gölünün təmizlənməsi və sənaye çirkab sularının, məişət tullantı sularının neytrallaşdırılması üçün bioloji məhlul olan “ECO-2” biopreperatını tətbiq etməklə gölü təmizləmək mümkündür.
Bu kimi üsullar bir çox ölkələrdə uğurla istifadə edilməkdədir. Bugünə qədər tətbiq edildiyi göllərdə tam müsbət nəticə göstərərək, göllərin təmizlənməsinə nail olunmuşdur. Çirklilik dərəcəsinə görə Böyükşor gölündən daha çirkli və kritik vəziyyətdə olan göllərin təmizlənməsi bu üsul vasitəsi ilə uğurla həyata keçirilmişdir.
⦁ Biopreperat haqqında məlumat
ECO-2 – Sənaye çirkab suları və məişət tullantı sularının təmizlənməsi üçün bioloji məhluldur.
Qısa təsvir:
Bu biopreparat yavaş parçalanan üzvi maddələrin bioloji oksidləşmə prosesini sürətləndirmək üçün nəzərdə tutulmuş yüksək aktiv bioloji preparatdır.
Bioloji məhlulun tərkibinə daxildir:
– nitrifikasiya edən bakteriyalar;
– karbohidrogen oksidləşdirici bakteriyalar;
– proteolitik və spor əmələ gətirən bakteriyalar;
– laktik turşu bakteriyaları;
– oliqonitrofillər;
– sellülolitik bakteriyalar;
– fosfor birləşmələrini minerallaşdıran mikroorqanizmlər;
– yağları parçalayan mikroorqanizmlər.
Təsiri:
Bioloji parçalanma prosesini gücləndirir, biokütlə üzərində şok yükləri azaldır və sistemin stabil işləməsini təmin edir. Oksigenə bioloji və kimyəvi tələbat normallaşmaqla yanaşı, asılı bərk maddələrin miqdarını azaldır.
⦁ Məhlulun tətbiqi və gölün təmizlənməsi üsulu
⦁ ECO-2 məhlulunun tərkibində olan bakteriyalar xüsusi laborotoriya şəraitində aktiv hala gətirilərək, gölün üzərinə səpilir (səpilmə kiçik gəmilər və ya qayıq vasitəsi ilə həyata keçirilir).
⦁ Gölün üzərində (üzən) və ya sahilində xüsusi nasoslar quraşdırılır, həmin nasoslar durğun halda olan ölü suyun təzyiqlə sorulmasını və yenidən gölə püskürdülməsini təmin edir. Bununla da ölü suyun aerasiyası və filtrasiyası təmin edilir.
⦁ İlk gündən başlayaraq biopreperat öz təsirini göstərərək suyun canlanmasını və gölün akvatoriyasının bərpa edilməsinə başlayır.
⦁ Nəticədə suda ekosistem təmin edilir, ölü su canlanır, akvatoriya, fauna və flora bərpa edilir, fitoplanktonlar (mavi və yaşıl yosunlar) inkişaf edir və suyun təbii görüntüsü (mavi rəng) bərpa edilmiş olur.
⦁ Göldə olan çirkab suları və neft tullantıları təmizləndiyindən ətraf mühitə yayılan pis qoxu aradan qalxır.
⦁ Təmizlənmə müddəti
Təmizlənmənin təmin edilməsi üçün nasoslar 1 gün ərzində durğun və ölü göl suyunun dövr edilməsini təmin etməlidir.
Təmizlənmə prosesi üçün tələb edilən müddət suyun çirklilik dərəcəsindən, hava temperaturundan və nasosların fəaliyyətindən asılı olaraq 35-40 gün təşkil edir.
Təmizlənmənin həyata keçirilməsi isti havalarda daha effektiv nəticə verir.
⦁ Təklif edilən üsulun üstünlükləri
✅ Biopreperat ekoloji cəhətdən tam təhlükəsizdir;
✅ Suda və quruda yaşayan canlılar, eləcə də insanlar üçün heç bir ziyanı və yaxud yan təsiri yoxdur;
✅ Suyun kompleks (həm çirkab sularından, həm də neft tullantılarından) təmizlənməsini həyata keçirir;
✅ Patogen bakteriyaları neytrallaşdırır (bağırsaq çöpləri və s.);
✅ Azot tərkibli toksik tullantıları məhv edir;
✅ Suda ekoloji sistemin canlanmasını, flora və faunanın bərpasını, fitoplanktonların (mavi və yaşıl yosunlar) inkişaf etməsini, ümumilikdə suyun təmizlənməsini təmin edir;
✅ Təklif edilən üsul yalnızca suyun deyil, həmçinin gölün dib çöküntülərinin qismən təmizlənməsini də özündə ehtiva edir.
✅ Qeyd olunan bütün proseslər çox qısa müddət, 35-40 gün ərzində həyata keçirilir.
