Su qıtlığı ilə mübarizədə ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər

2015-ci ildə Dünya İqtisadi Forumu tərəfindən su qıtlığı növbəti onilliklərdə ən böyük qlobal risk kimi qiymətləndirilmişdir.
Bu səbəbdən ölkəmizdə son dövrlər su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 27.07.2020-ci il tarixli Sərəncamı, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”, “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30.03.2023-cü il tarixli Fərmanı, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17.11.2023-cü il tarixli Fərmanı bu riskə qarşı ölkə başçısı tərəfindən atılan uğurlu addımlardan bir neçəsidir. Həmçinin, ölkə başçısı tərəfindən bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
Ölkəmizdə ekosistemin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin olunması istiqamətində mütəmadi həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərin, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsi Azərbaycanın yaşıl gələcəyə doğru addımlar atmasının göstəricisidir.
Möhtərəm Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, COP 29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin bariz nümunəsidir. Yaşıl siyasətin əsas hədəflərindən biri də dayanıqlı su ehtiyatlarının formalaşdırılması və sudan səmərəli istifadənin təmin edilməsidir.
Bu səbəbdən cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilməkdədir. Şirvan və Qarabağ suvarma kanallarının yenidən qurulması, 10-dan çox yeni su anbarının tikintisi, işğaldan azad olunmuş ərazilərdə və digər ərazilərdə yeni su infrastrukturlarının yaradılması, həmçinin dəniz suyunun duzsuzlaşdırılması layihəsinin həyata keçirilməsi aqrar sektorun suvarma suyu ilə təminatına, əhalinin içməli su təchizatının yaxşılaşdırılmasına xidmət edir.
Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir… Suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlət və biz bu işi görürük. (İlham Əliyev).

 

Su qıtlığı ilə mübarizədə lay sularından istifadə edilmə imkanı

Lay suları dedikdə, iki su keçirməyən süxur arasındakı layda olan və ya cərəyan edən sular, həmçinin neft emalı zamanı üzə çıxan zərərli sular başa düşülür.
Abşeron neft yataqlarının lay sularının kimyəvi analizi ilk dəfə 1874-cü ildə B.Eyxler tərəfindən həyata keçirilərək şərh olunmuşdur. Hazırki tədqiqat nəticələri bunu deməyə əsas verir ki, Abşeron yarımadasının əsas neft yataqları 130 ildən çox bir müddətdir ki, sənaye üsulu ilə işlənir və hal-hazırda bu yataqların istismar quyularından alınan mayenin 95-97 %-ə qədərini lay suları təşkil edir.
XIX əsrin axırlarından başlayaraq A.A.Potlisin, D.B.Qolubyatnikov, M.B.Abramoviç, B.J.Sultanov, Ş.F.Mehdiyev, A.R.Axundov və digər görkəmli alimlər lay sularının kimyəvi tərkib və fiziki xassələrinin öyrənilməsi sahəsində çox saylı əhatəli elmi-tədqiqat işləri həyata keçirmişlər. Bu araşdırmalarda Abşeron yarımadasındakı karbohidrogen yataqlarının lay sularının tərkibindəki kimyəvi makro və mikroelementlərin növləri, miqdarı, dəyəri və həmçinin lay sularından kənd təsərrüfatının müxtəlif sahələrində istifadə oluna bilmə imkanları tədqiq edilmişdir. Nəzəri cəhətdən bu imkan sübut edilsə də, reallıqda bu günə qədər həyata keçirilməmişdir. Biz biobakterioloji üsulların tətbiqi ilə lay sularının texniki suya çevirməklə, kənd təsərrüfatında istifadə edilməsi üçün yararlı hala çeviririk.

Lay sularının ekologiyaya və dövlətə vurduğu ziyan

Məlumdur ki, lay sularının utilizasiyası neft şirkətlərində hal-hazırda böyük problemlərdən biridir. Ən əsası ekologiyaya və insanlara vurduğu ziyandır. Qısaca qeyd edə bilərik ki, ölkəmizdə fəaliyyət göstərən neft şirkətlərində lay sularının saxlanması üçün, torpaqdan və dəmir betondan lay suyu ambarları tikilir. Lay suyu ambarlarının əksəriyəti torpaqdan qazılmış ambarlardır. Bu üsulla lay sularının saxlanması və yüksək təzyiq altında utilizasiya etmək üçün, quyulara vurulması zamanı çirkli lay suları torpağı çirkləndirir, suyun buxarlanması ilə havanı çirkləndirir, ətraf mühitə və insanlara ziyan vurur. Buna görə şirkətlər işçilərə zərərli şəraitdə işlədikləri üçün, maaşdan əlavə vəsait verirlər. Şirkətlər lay sularını utilizasiya etmək üçün hər il külli miqdarda vəsait xərcləyirlər. Lay sularının utilizasiya məqsədi ilə quyulara vurulması və bu sistemin saxlanılması, servisi daima nəzarətdə saxlanılır.
Yuxarıda qeyd edilənlər neft şirkətlərində neftin hasilatı zamanı yaranan lay sularının vurduğu ziyanlar barədə qısa bir məlumat idi. Məlumdur ki, bu proses zamanı çirkli torpaqlar və neft şlamları yaranır. Çikli torpaqların və neft şlamlarının utilizasıyası çox vacib masələlərdən biridir. Biz bu çür çirkli torpaqların və suyun utilizasiyasını tam keyfiyyətli və yeni biobakterial üsul ilə təmizləyirik.

 

Əməliyyat şirkətlərinə dəyən zərər

Təkcə lay sularını utilizasiyası zamanı şirkətə və ekologiyaya küllü miqdarda ziyan dəyir. Ancaq bizim təklif etdiyimiz metodla lay suyunu tam zərərsizləşdirib texniki suya çevirə bilərik. Sonra ekoloji baxımdan təmizlənmiş bu suyu su kanallarına vurmaqla bərpa etmiş olarıq. Bu da öz növbəsində əkin sahələrinin suvarılmasında istifadə oluna bilər. Hal-hazırda ölkəmizin buna çox ehtiyacı var.
Yaranmış lay suları göllərini yerində bioloji üsulla təmizləmə imkanımız var.
Bu üsulu tətbiq etmiş olsaq, neft şirkətlərinin utilizasiya məqsədi ilə laylara su vurmaq üçün yaratdıqları sistemlərə ehtiyac olmayacaq.
Neft şirkətlərində lay sularının utilizasiyası üçün, bu işlərə ayrılan vəsaitlərdən azad ola bilər. Bu sistemin yaradılması, avadanlıqların quraşdırılması, servisi və sair avadanlıqların alınması nəticəsində şirkətə dəyən ziyan hər ay ən azı 2 milyon manatdır.
Strateji plan

Neftin emalı zamanı yaranan ekaloji problemlərin və yerüzünə çıxarılan çirkli lay sularının, torpağın, zərərli karbohidrogen tullantılarının (neft şlamının) qısa olaraq strateji planı haqqında
Bildiyiniz kimi, nə qədər ki, neft emal olunursa deməli havanın, torpağın yəni ekoloji baxımdan neft şirkətlərinin ərazilərində çirklənmə ola bilər. Ölkəmizin neft ehtiyatlarının çox olmasını və fəaliyyət göstərən neft şirkətlərinin də çox olmasını nəzərə alsaq bundan sonrada uzun ilər neft emalının davam edəcəyini deyə bilərik.
Yəni əmələ gəlmiş olan və bundan sonra da yarana biləcək ekoloji problemlərin qarşısını almaq üçün, tətbiq olunacaq utilizasiya metodlarına ayrılan vəsaitin uzun müddətli olacağı aşkardır. Neft emalı zamanı yaranmış çirkli tullantıların utilizasiyasına şirkət tərəfindən ayrılmış vəsaitlər vasitəsi ilə şirkət ərazisini daima təmiz saxlayır, ətraf mühitə, ölkəmizdə ekologiyanın qorunmasına və nəhayət yer kürəmizə öz töhvəsini vermiş olur. Bu istiqamətdə yatırılmış vəsaitlər, görüləcək işlər, bağlanacaq müqavilələr strateji baxımdan üzun müddətlidir. Neft şirkəti əmələ gəlmiş neft şlamını, lay sularını, çirkli torpaqları utilizasiya edərək gələcəkdə təmiz torpaq ərazisi də yaratmış olur. Şirkət gələcəkdə bu ərazilərdən öz məqsədləri üçün istifadə edə bilər (məsələn bağ sala bilər, quyu qaza bilər, bina tikə bilər və sair).

 

Təklif edilən üsul

Biz neft emalı zamanı çıxarılmış və neftdən ayrılan çirkli və zərərli olan lay sularının, eləcə də təbii yaranmış lay sularının biobakterial üsul ilə təmizlənməsini və həmin sulardan kənd təsərrüfatı sahəsində istifadə edilməsi üçün innovativ üsulumuzu təklif edirik.
Bu üsulun həyata keçirilməsi üçün ayrılmış lay suları iri tutumlu rezervuarlarda və ya süni yaradılan göllər (gölməçələr) şəklində bizə təhvil verilir və biz biopreperat tətbiq etməklə həmin suları toksiki tullantılardan, zərərli və zəhərli maddələrdən tam təmizləməklə kənd təsərrüfatına yararlı halda, çox qısa bir müddətdə təmizlənməni həyata keçirib, təhvil veririk.
Təmizlənmə prosesindən öncə laborotoriya analizləri götürülərək, suyun ümumi analizi həyata keçirilərək, onun tərkibi və çirklilik dərəcəsi müəyyən edilir, sonda isə yenə də laborotoriya nəticələri əsasında təmizlənmiş və yararlı su təhvil verilir.

Təklif edilən üsulun üstünlükləri

✅ Biopreperat ekoloji cəhətdən tam təhlükəsizdir;
✅ Suda və quruda yaşayan canlılar, eləcə də insanlar üçün heç bir ziyanı və yaxud yan təsiri yoxdur;
✅ Suyun kompleks (həm çirkab sularından, toksiki tullantılardan, zərərli və zəhərli maddələrdən, eləcə də neft tullantılarından) təmizlənməsini həyata keçirir;
✅ Azot tərkibli toksik tullantıları məhv edir;
✅ Qeyd olunan bütün proseslər çox qısa müddət, 35-40 gün ərzində həyata keçirilir;
✅ Əməliyyat şirkətlərini külli miqdarda əlavə xərclərdən (illik minimum 1.852.000 manat) azad edir;
✅ Əməliyyat şirkətlərini əlavə risklərdən (yüksək təzyiqli nasosların iş prosesində baş verə bilən qəzalar, işçilərin həyatı və sağlamlığı üçün təhlükələr və sair);
✅ Əldə edilmiş yararlı su kənd təsərrüfatı subyektlərinə satılmaqla əlavə gəlir əldə edilə bilər:
✅ Bu üsulu tətbiq edən şirkətlər ölkəmizdə su ehtiyatının artırılmasına və ekoloji təmiz mühitin formalaşmasına öz töfhələrini vermiş olacaqlar.

PAGE TOP