«ECO CLEAN ENVİRONMENT» MMC haqqında


«ECO CLEAN ENVİRONMENT» MMC 14.11.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və müvafiq vergi ödəyicisinin eyniləşdirmə nömrəsi almışdır (VÖEN: 1203249711).
Şirkətin yaradılmasında qarşıya qoyulan əsas məqsəd ölkəmizdə ətraf mühitin mühafizəsini və sağlam ekoloji mühitin yaradılmasını təmin etmək və bunun üçün dünya ölkələrində tətbiq edilən qabaqcıl texnologiya, müasir metod və üsulların Azərbaycanda tətbiq edilməsinə nail olmaqdan ibarət olmuşdur.
Bunun üçün «ECO CLEAN ENVİRONMENT» MMC qonşu Rusiya Federasiyasında, eləcə də Avropa və Kanadada yerləşən xarici şirkətlər ilə qarşılıqlı əməkdaşlıq edərək, bir sıra şirkətlərin eksklüziv nümayəndəsi (dileri) statusunu əldə etmiş və həmin xarici şirkətlərin müasir üsul və metodlarını ölkəmizdə tətbiq etməyə başlamışdır.
Şirkətin əsas fəaliyyət istiqamətləri aşağıdakı kimidir:
1. Mikrobioloji və bakterioloji üsullar (bioremediasiya) ilə çirkli neft torpaqlarının təmizlənməsi və onların məhsuldar torpaq kimi yenidən istifadəyə verilməsini təmin edir. Bununla da, ölkəmizdə kənd təsərrüfatına yararlı torpaqların həcminin artırılması, ekoloji təmizliyin təmin edilməsi kimi mühim missiyaları öz üzərinə götürür.
2. Şoran torpaqların biobakterioloji üsullar ilə təmizlənərək, münbit torpaqlara çevrilməsi (ölkəmizdə kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş 1.450.000 hektar torpaq sahəsinin təxminən 450 min hektarı şoranlaşmış və münbitliyini itirmiş torpaqlardır)
3. Çirkab (kanalizasiya) sularının bakterioloji üsullar ilə təmizlənməsini həyata keçirir;
4. Neft emalı zamanı yaranan, zərərli və zəhərli çirkli lay sularının biobakterioloji üsulla təmizlənib, yararlı texniki suya çevrilməsini təmin edir;
5. Məişət axıntıları, neft, çirkab və digər aqressiv suların axıntısı nəticəsində çirklənmiş su hövzələri və göllərin bakterioloji üsul ilə təmizlənməsini həyata keçirərək, həmin göllərin akvatoriyasında ekosistemin bərpasını təmin edir;
6. Neft şlamlarının yenidən işlənməsini, şlamdan neftin ayrılaraq, toksiki tullantıların zərərsizləşdirilməsini təmin edir.
7. Toksiki tullantıların utilizasiyası fəaliyyətini yerinə yetirir;
«ECO CLEAN ENVİRONMENT» MMC Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan sonra qısa müddət ərzində yerli institut və orqanlar ilə qarşılıqlı fəaliyyət göstərərək, ekologiyanın bəspası işi üzrə bir sıra layihələr həyata keçirmiş, eləcə də bir çox təkliflər irəli sürmüşdür.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu tərəfindən verilmiş 53/55 saylı, 04.07.2023-cü il tarixli məktuba əsasən şirkətin istifadə etdiyi məhlulların Azərbaycan şəraitində neftlə çirklənmiş torpaqların təmizlənməsində istifadə edilməsi ekoloji baxımdan heç bir təhlükəyə səbəb olacaq göstəricilərə malik olmadığı və ondan istifadə edilməsinin məqsəduyğun hesab edildiyi qeyd edilmişdir.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ekoloji ekspertiza rəyi verilmişdir.
«ECO CLEAN ENVİRONMENT» MMC həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq həyata keçirmişdir. Belə ki, şirkət ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC arasında birgə əməkdaşlıq haqqında 22.11.2023-cü il tarixli Memorondum imzalanmış, həmin memoronduma əsasən pilot layihə qismində “Zığ gölü” ətrafında neftlə çirklənmiş 0,1 ha torpaq sahəsi ayrılaraq, məhlullar tətbiq edilmiş, “Azelab” MMC tərəfindən həyata keçirilən laborotoriya analizlərinə əsasən müəyyən edilmişdir ki, pilot layihə nəticəsində torpağın neftlə çirklilik dərəcəsi 20,45%-dən 0,01%-ə qədər endirilmişdir.





PAGE TOP